(99412) 349-00-00 Əlaqə
05.10.2025
Honda sahibləri üçün 10 ilə qədər əlavə zəmanət!
Azərbaycan avtomobil bazarında uzun illərdir etibarlılıq və keyfiyyət simvolu olan
Honda Azərbaycan, Honda markasının rəsmi distribütoru kimi minlərlə müştəriyə
xidmət göstərməkdədir. Ənənəvi olaraq təqdim edilən 3 il və ya 100 000 km
zəmanət indi daha da geniş imkanlarla əvəzlənir.
 
Yeni proqram çərçivəsində 10 il və ya 160 000 km-i keçməyən bütün Honda
avtomobillərinə əlavə zəmanət təqdim olunur. Bu, həm zəmanəti bitmək üzrə olan,
həm də zəmanəti 3–5 ay əvvəl başa çatan avtomobil sahibləri üçün əvəzsiz
fürsətdir.
 
Belə ki, Honda Azərbaycan bu xidmət üçün olduqcaq rahat və əlçatan ödəniş
şərtləri təqdim edir. Müştərilərin rahatlığını nəzərə alaraq xüsusi ödəniş planı
tətbiq edilib:
•  Zəmanət artımı – 99 AZN
•  Növbəti dövri texniki baxış – 49 AZN
 
Əhatə olunan əsas hissələr
 
Əlavə zəmanət proqramı avtomobilin ən vacib komponentlərini əhatə edir:
•  Mühərrik
•  Sürət qutusu
•  Ötürücü sistemlər (most)
•  Elektronika
 
Bu, avtomobil sahiblərini ən yüksək dəyərli təmir xərclərindən qoruyur və onların
tam etibarlı sürüş rahatlığını təmin edir.
 
Yeni proqram yalnız rəsmi distribütordan alınan Honda avtomobillərinə deyil, həm
də ABŞ bazarından gətirilmiş Honda modellərinə şamil olunur. Bu isə paralel idxal
sahiblərinə də rəsmi servis şəbəkəsinin güvənli zəmanət imkanlarından
yararlanmaq imkanı verir.
 
Honda Azərbaycan olaraq inanırıq ki, müştəri ilə münasibətlər avtomobil satışı ilə
bitmir. Əsas məqsəd – uzunmüddətli etimad və məmnuniyyətin təmin olunmasıdır.
Yeni zəmanət proqramı da məhz bu prinsiplə hazırlanıb və Honda sahiblərinə əlavə
dəyər yaratmağı hədəfləyir.
 
Honda Satış və Servis Mərkəzi Bakı – Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.
Mərkəz müştərilərə həm həftəiçi, həm də həftəsonu xidmət göstərir. Əlavə
məlumat üçün 012 349 00 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
05.10.2025
Digər bloq yazıları