Honda Pilot

88100 AZN-dən başlayaraq
 

Honda CR-V

64200 AZN-dən başlayaraq
 

POWER EQUIPMENT PRODUCT

Əsas Enerji mənbəli kiçik elektrik stansiyaları 2.2-5.5 kV

Bu tip modellər əsasən şəhərətrafı və şəhərdaxili ərazilərdə fərdi xarakter daşıyan yaşayış evi (həyət evi, villa və s.) sahibləri tərəfindən rəğbət görür. Mini eletrik stansiyalar şübhəsiz ki , sahib olduqları Avtomatik Enerji Tənzimləmə ( AVR)  sistemi əsasında enerji yüklənməsinin qarşısını alaraq yüksək keyfiyyətli enerji ilə təmin etmə imkanına malikdir.

Mini elektrik stansiyaların tutumlu yanacaq çənləri ilə təchiz edilmiş olması, onların problemsiz və fasiləsiz fəaliyyət davamlılığını təmin edir. Həmçinin daxili işıq sistemli Voltmeter, və yanacaq sərfiyyat göstəricisinin köməyilə elektrik stansiyalarının fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək olur.

Bütün mini elektrik stansiyalar akkumlyatorlarını enerji ilə təmin etmək məqsədilə 12V –luq daimi enerji çıxışlarına malikdirlər.

Yüksək Enerji Tutumlu Elektrik stansiyaları 9.0-11.0 kVA

Эти Bütün hissə və detallarının bir-birilə  səmərəli əlaqələndirilməsi  və  mükəmməl 4 silindrili Honda GX620 mühərriki ilə təmin olunması sayəsində  elektrik stansiyalar müvafiq yüngül çəki , kompakt  ölçülər və aşağı yanacaq sərfiyyatına malik olmaları ilə fərqlənirlər . Elektrik açarına (starter) malik olmaları isə elektrik stansiyalarının işəsalınmasını kifayət qədər asan edir.

Bir və üç fazalı mini elektrik stansiyalar qəza hallarında, həmçinin məişət, və sənaye sahələrində hər zaman üçün geniş istifadə imkanına malikdir.