(99412) 349-00-00 Əlaqə

HONDA Civic

İndi onun vaxtı başlayır

Kataloqu yüklə

Xüsusiyyətlər

1.6L ELEGANCE
125
at.g
125 at.g
Maksimal gücü
6.2
l/100km
6.2 l/100km
Yanacaq sərfi
1.6
l
1.6 l
Mühərrikin həcmi
(Qarışıq)
Yeni cəsur görünüş
Yeni cəsur görünüş

Yeni cəsur görünüş və fərqləndirici cizgilərə malik 10-cu nəsil Honda Civic heç vaxt bu qədər mükəmməl olmayıb. Güclü, zərif və modern sürücülüyün nə olduğunu izah edir. Civic parlaq profilə və uzun təkər bazasına sahib olan əsl klassikaya çevrildi. Avtomobilin cizgiləri və hamar əyriləri ona hətta hərəkətsiz vəziyyətdə belə idman üslublu görünüşü bəxş edir.

Zərif dizayn
Zərif dizayn

Honda Civic avtomobili zərif dizaynı innovativ texnoloji işləmələr ilə birləşdirərək, sizə mükəmməl sürücülük tərcübəsini təqdim edərək yaranma stimulunu öz sələflərindən alır. Bu incə, zərif xarici görünüşün altında həyata keçirilən və Civic avtomobilini daha rahat, komfortlu və həssas etməyə meyilli olan innovativ funksiyalar dəsti yerləşir. Kruiz-kontrol, uzaqdan qapanma, Klimat kontrol, Yağış və işıq sensorları - Honda Civic modelini müəyyən edən bütün bu əsas xüsusiyyətlər bu avtomobilin nəyin hesabına həqiqi mənada rahat olmasını müəyyən edir. Honda Civic avtomobili əminlik və dinclik hissinin təmin edilməsi məqsədi ilə elektrik dayanacaq əyləci ilə təchiz olunub.

Səlis və effektiv güc
Səlis və effektiv güc

Mühərrik idarəetmə və rahatlığa zərər vermədən səlis və effektiv gücün təmin edilməsi üçün hazırlanıb. Yeni 1,6-litrlik atmosfer mühərriki gücü 125 a.g. qədər artırır, qənaəti və asan idarəetməni təmin etməklə yanaşı yanacaq sərfiyyatının mükəmməl qiymətini qoruyub saxlayır.

Bu mühərrik gücün yola səlis ötürülməsi məqsədi ilə Honda (CVT) pilləsiz transmissiya ilə birləşdirilib ki, bunun sayəsində də siz əvvəldən axıra qədər mükəmməl sürücülük təcrübəsini əldə edirsiniz.

LED işıqdiodlu gündüz hərəkət fənərləri
LED işıqdiodlu gündüz hərəkət fənərləri

Fərqləndirici LED işıqdiodlu gündüz hərəkət fənərləri yolları görməyə və daha az enerji sərf etməyə imkan verir və bu, Civic innovativ işləmələrindən yalnız biridir. Arxa fənərlər fərqli C-formalı LED işıq lampaları ilə təchiz edilmişdir – bu isə Honda Civic’i yeni bir səviyyəyə qaldırır.

Daha təhlükəsiz parklama manevrləri üçün model həmçinin geniş bucaqlı arxa görüntülü kamera ilə təchiz edilib ki, bunun sayəsində də Civic avtomobilini hətta ən çətin gedilə bilən yerlərə asanlıqla daxil etmək mümkündür. Avtomobilin standart komplektləşdirməsinə 6.2 dyumlu rəngli displey və öz musiqi pleyerinizi qoşmağa imkan verən USB girişli audiosistem daxil edilib.

Honda Civic sınaqdan keçirin

İnnovasiya, qabaqcıl mühəndislik

İnnovasiya

İnnovasiya, qabaqcıl mühəndislik və avtomobilin idarəetməsinin verdiyi həyəcan bir arada

İndi ona hər tərəfdən baxmaq vaxtıdır

İdman görünüşlü

O, indi daha da idman görünüşlü və daha cəlbedicidir.
Yeni Civic Sedanın misilsiz gövdə konstruksiyası sayəsində bütün baxışlar üzərinizdə olacaq.

Hər detalı incə-incə hazırlanıb

Qüsursuz dizayn

Yeni Civic Sedanın kapotundan yük yerinin qapağına qədər hər detalı incə-incə hazırlanıb.
Düzgün xətləri, hamar əyrilikləri və başdan ayağa qüsursuz dizaynı ilə yeni Civic Sedan indi qarşınızdadır.

İndi onu kəşf etmək zamanıdır

Yeni Honda Civic

Yeni Civic Sedanı tam olaraq anlaya bilmək və onu kəşf edə bilmək üçün sükan arxasına keçməniz tələb olunur.


Geniş salon

Geniş salon və yük nahiyəsi həcmi ilə yanaşı bədəninizi əhatə edən oturacaqları, qüsursuz bir tutma üçün tənzimlənmiş erqonomik sürət lingi, yüksək keyfiyyətli səthləri və həssas əks əlaqə sistemi ilə daha dəqiq idarəetməni dəstəkləyən yeni sükan sisteminə sahib tayı-bərabəri olmayan bir avtomobili kəşf edəcəksiniz.

Cəlbedici, bənzərsiz və idman görünüşlü

Təhlükəsizlik

Honda Civic avtomobili sizi və ailənizi qorumaq, həmçinin daha həssas sürücülük təcrübəsinin təmin edilməsi məqsədi ilə qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz edilib. Civic avtomobili ilə siz, yollarda hanşı şəraitlə rastlaşdığınızdan asılı olmayaraq, təhlükəsizliyin təminatı üçün yüksək reytinqə malik olan avtomobillərdən birini idarə etdiyinizə əmin olacaqsınız.
Əyləc qüvvələrinin paylanması sistemi (EBD) ilə təmin edilmiş model əyləc qüvvəsini maksimal dərəcədə artıraraq və ani əyləcləmə zamanı idarəetməni qoruyub saxlayaraq sürüşmə ehtimalını minimuma endirir.
Avtomobilinin standart komplektləşdirməsinə SRS təhlükəsizlik yastıqları sisteminə əlavə olaraq, Civic, Honda'nın yeni Straight Driver Assist texnologiyasını və Hill Start Assist ilə yanaşı yan və pərdə tipli hava yastıqları da təchiz olunub.




Rəng seçimi




Komplektasiya və qiymətlər

Honda Civic
Honda Civic
1.6L ELEGANCE
40 700 ₼
Qeyd: Honda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.
Ölçüləri
Uzunluğu / Eni / Hündürlüyü (mm)
4648 x 1799 x1407
Təkərlər arası bazası (mm)
2698
Klirens (mm)
157
Avtomobilin çəkisi (kg)
1319
Təkərin ölçüsü (mm)
215/55 R16
Mühərrik
Həcmi / silindr sayı (sm³)
1597/4
Yanacaq sərfi (Şəhər içi / Qarışıq / Şəhərdən kənar) (l)
8,5 / 6,3 / 5
Maksimal gücü (at.g))
125
Maksimal sürət (km/saat)
196
Sürətlənmə (0-100km) (san)
11,6
Çənin həcmi (l)
46
Transmissiya
Transmissiyanın növü
CVT
Təhlükəsizlik
ABS / EBD / EBA
VSC (Vehicle Stability Control System )
2ədəd ön, 2ədəd yan və pərdə tipli təhlükəsizlik yastıqları
Hill Start Assist (Yoxuşda Köməklik sistemi)
Electrical Parking Brake / BRAKE HOLD
ECU Immobilayzer & Signalizasiya
Econ Mode sistemi
təkərin təziqinə nəzarət sistemi
İnteryer
Çoxfunksional dəri sükan
Bir toxunuşla elektrik tənzimlənən şüşəqaldırıcılar
Klimat kontrol
Kruiz-kontrol
Parça oturacaqlar
Yağış və işıq sensorları
Ön və arxa sərnişinlər üçün qoltuqaltı
Ön oturacaqların qızdırılması
AM/FM / 1CD+MP3
6 Səsgücləndirici
6.2 dyumlu rəngli displey
USB çıxış
HFT (Bluetooth)
Eksteryer
Lyuk
LED tipli gündüz işıqları
Halogen tipli ön faralar
Kuzov rəngində çöl qapı tutacaqları
Halogen tipli ön duman əleyhinə faralar
Ön və arxa park sensorlar
Arxa görüntü kamerası
Xrom radiatr barmaqlığı
Elektrik tənzimlənən, qatlanan və qızdırılan yan güzgülər
Yan güzgülərdə dönmə işıqları
Yüngül lehimli disklər
16"
Avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.