(99412) 349-00-00 Əlaqə

YENİLƏNMİŞ
HONDA PILOT

Kataloqu yüklə

Dizayn

Honda Pilot avtomobilinin yenilənmiş üslubu əminlik saçır: atlektikliyi nəzərə çarpır. Hər bir detalı incə işlənmiş olan bu avtomobil Hondanın ən iri modelini, dizayn və istehlak xüsusiyyətləri baxımından seqmentin avanqardı kateqoriyasına çıxarır. Modelin dəyişmiş proporsiyaları, bu parametr üzrə rəqiblər arasında ən yüksək mövqeləri gücləndirməyə imkan verərək, bu, avtomobili bütün ailə üçün daha da rahat etdi.

İşıqdiodlu LED faralar
Eksteryer

İşıqdiodlu LED faralar
Parlaq emosiyaları işə salın

Yenilənmiş Honda Pilot avtomobilinin sükanı arxasında hər dəqiqədən həzz alın, parlaq işıqdiodlu LED faralar isə hətta ən çətin şəraitdə belə sizə yol göstərəcək.

Qabaq blok-faralar
Eksteryer

Qabaq blok-faralar
Əmin baxış

Qabaq blok-faraların intensiv işığı yenilənmiş Honda Pilot avtomobilinin sükanı arxasında Sizə özünüzə əmin olmağınızı hiss etməyə imkan verəcək. Həm gündüz, həm gecə. İstənilən hava şəraitində.

Xarici görünüşü
Eksteryer

Xarici görünüşü
Qüsursuz üslub

Hamar xətlər. Zərif çalarlar. Aerodinamika baxımından yoxlanılmış kuzov forması. Yenilənmiş Honda Pilot ilk baxışdan valeh edir.

Oturacaqların tənzimlənməsi
İnteryer

Oturacaqların tənzimlənməsi
Maksimal rahatlığa köklənin

Oturacaqların yüksək keyfiyyətli dəri örtüyü və tikilişini qiymətləndirin. Maksimal rahatlığınız üçün oturacağınızı 8 parametr üzrə kökləyin. Dincəlin. Və səfərinizdən həzz alın.

Alətlər paneli
İnteryer

Alətlər paneli
diqqət mərkəzində

Alətlər panelinin üzərindəki yeni maye-kristal displey sürücünün diqqətini dərhal özünə çəkir. Displeydə əks olunacaq məlumatı seçin və interfeysi şəxsi istəklərinizə uyğun kökləyin.

Dəri salon
İnteryer

Dəri salon
Detallara qarşı diqqət

Ağ və qara rəng qamması arasında seçim edin və yenilənmiş Honda Pilot avtomobilinin salonundakı hər bir detalın xırdalıqlara qədər düşünüldüyünə əmin olun. Perforasiyalı dəri, ön oturacaqların havalandırılması və ayrı-ayrı qoltuqaltılar — hətta ən uzun səfərinizdən belə həzz alın.

Lyuk
Dizayn

Lyuk
Hərəkət azadlığı

3-pozisiyalı lyuk, avtomobilin daxili məkanını vizual baxımdan böyüdür və dəyərli azadlıq hissini gücləndirir.

Xüsusiyyətlər
Dinamikliyi
3-litrlik V6
Gücü
249 at gücü
Rahatlıq
elektrik idarəetmə və hidrotransformator ilə təchiz edilmiş 6-pilləli AT
Yanacaq sərfiyyatı
Şəhərdən kənar yollarda – 8,2 L, şəhər yollarında – 14,3 L.

SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRƏ
SEVGİ İLƏ

RAHATLIQ

Keyfiyyətli materiallar. Detallara qarşı son dərəcə yüksək diqqət. Sizin hər səfərinizindən zövq almağınız üçün yenilənmiş Honda Pilot avtomobilində hər bir xırda detal düşünülüb.

Yük yeri
Rahatlıq

İSTƏNİLƏN VƏZİYYƏTDƏ RAHAT
YÜK YERİ

Artıq Siz, bir düyməni basmaqla yük bölməsinin qapısını uzaqdan açıb-bağlaya və planlarınızdan asılı olaraq, ölçüsünü artıb-azalda bilərsiniz. Ailənizlə dincəlməyə gedirsiniz? Avtomobilinizi 8-yerli edin. Əşya daşımaq istəyirsiniz? 2-ci və 3-cü cərgədəki oturacaqları qatlayın və 3092 litrik heyranedici həcmə malik məkandan istifadə edin. İstirahət gününüzü təbiətin qoynunda keçirməyi planlaşdırırsınız? Çadırınızı evdə qoyun və yük bölməsinin hamar döşəməsinin üzərində rahat yerləşin.

Salon
Rahatlıq

SALON
HƏZZ ALMAQ ÜÇÜN DAHA ÇOX YER

Düşünülmüş 8-yerli salon rahat, təhlükəsiz və öz sinfinin ən geniş salonu olmaqla yanaşı bu salon Sizin tələblərinizə uyğun köklənir. Ayaqlar üçün məsafəni tənzimləyin, söykənəcəyin əyilmə bucağını təyin edin, uşaq isə harada oturacağına qoyun özü qərar versin, —ISOFIX mexanizmləri həm ikinci, həm də üçüncü cərgədə quraşdırılıb.

Erqonomika
Rahatlıq

ERQONOMİKA
ARZULARINIZI ƏVVƏLCƏDƏN BİLİR

İstənilən hava şəraitində səfərinizdən zövq alın: sükan qızdırıcısı ən soyuq qış mövsümündə belə avtomobili rahat idarə etməyə imkan yaradacaq, 3-zonalı iqlim-kontrolu və ikinci cərgədəki oturacaqlarda quraşdırılan isitmə sistemi isə sərnişinlərin qayğısına qalacaq. Bundan əlavə Siz, uzun yol gedərkən smartfonunuzu konsol üçün nəzərdə tutulan xüsusi giriş yerlərinin köməyi ilə şarj edə bilərsiniz

Məhz sizə uyğun olan .
interyeri yaradın

DAHA ÇOX RAHATLIQ ÜÇÜN
DAHA ÇOX İMKAN

TEXNOLOGİYALAR

Yenilənmiş Honda Pilot avtomobilinin salonuna nəzər salın və Siz, onun texnoloji imkanlarını dərhal hiss edəcəksiniz. Sürücü və yaxud sərnişin olmağınızdan asılı olmayaraq, yolda gedərkən çətin manevri yerinə yetirmək və ya sevimli filminizə baxmaq istədikdə, ağıllı avtomobil Sizin qeydinizə qalacaq.

AĞILLI AÇAR
Texnologiyalar

Ağıllı açar
QAPILARIMIZ SİZİN ÜÇÜN AÇIQDIR

Artıq qapıları açarla açıb-bağlamağa ehtiyac yoxdur. Açarı sadəcə çantanızda və ya cibinizdə saxlamaqla Siz, xüsusi düyməni basaraq güzgüləri qatlaya və mühərriki işə sala biləcəksiniz.

Lanewatch
Texnologiyalar

Lanewatch
HƏR ŞEY NƏZARƏT ALTINDADIR

Sağ güzgüdə quraşdırılan yan görüntü kamerasının köməyi ilə mükəmməl manevrlər edin. Siz, görünməyən zonaların nə olduğunu unudacaqsınız — LaneWatch standart güzgünün görüntü bucağını 22-80 dərəcə artırır, kameranın obyektivi demək olar ki,kirlənmir, görüntü isə multimedia ekranında iri şəkildə əks olunur.

MULTİMEDİA SİSTEMİ
Texnologiyalar

MULTİMEDİA SİSTEMİ
HƏR ŞEY QOŞULUB

Yeni Piliot-da naqilsiz şəbəkələrin köməyi ilə telefonla danışa, öz smartfonunuzdan musiqi kompozisiyalarını dinləyə, həmçinin Wi-Fi vasitəsilə mobil interneti avtomobilin əsas qurğusuna ötürə bilərsiniz. Honda Pilot-un maksimal təchizatında RDSTMC üzrə yolların yüklənməsi haqqında məlumatı dəstəkləyən Garmin naviqasiyası quraşdırılıb. Yeni Honda-nın informasiya-əyləncə sistemi artıq Apple Car Play və Android Auto, həmçinin MirrorLink texnologiyalarını dəstəkləyir.

ARXA MULTİMEDİA ƏYLƏNCƏ SİSTEMİ
Texnologiyalar

ARXA MULTİMEDİA ƏYLƏNCƏ SİSTEMİ

ƏYLƏNCƏ SİSTEMİ XOŞ SƏFƏR Sürücüyə yoldan zövq almağa imkan verin, özünüz isə 9-düymlük multimedia əyləncə sisteminin altında arxa oturacağa əyləşin. DVD-diski və yaxud xarici toplayıcının üzərində filmi qoşun, 10 ədəd dinamik və sabvufer isə kinoteatr atmosferini yaradacaq.

SƏSBOĞUCU SİSTEM
Texnologiyalar

SƏSBOĞUCU SİSTEM
SİZ SADƏCƏ QULAQ ASIN

Daxili aktiv səs idarəetmə sisteminin köməyi ilə kənar səslər fikrinizi yayındırmayacaq. Sevdiyiniz mahnıdan həzz alın və mühərrikin səsini hiss edin.

ECON
Texnologiyalar

ECON
EFFEKTİV SƏMƏRƏLİLİK

Düyməni bir dəfə basın — və ECON sistemi güc və effektivliyin ideal balansını tapacaqdır. Akselerator pedalının basılması daha da səlisləşəcək, qoşulmuş kruiz-kontrol zamanı sürətlənmə - mərhələli, yanacaq sərfiyyatı isə maksimal dərəcədə qənaətçil olacaq.

Avtomobilinizi lazım olan hər bir şeylə təchiz edin

İSTƏNİLƏN VƏZİYYƏTDƏ ƏMİNLİK

MANEVR QABİLİYYƏTİ

Krossoverin atletik eksteryeri müasir sedanın zərif interyeri ilə birləşsə nə baş verər? Yenilənmiş Honda Pilot. Səfərinizi sükan arxasında və yaxud sərnişin oturacağında başlayın və əsl rahatlığın nə olduğunu biləcəksiniz.

GÜC AQREQATI
MANEVR QABİLİYYƏTİ

GÜC AQREQATI
BİR DƏFƏ SINAMAQ DAHA YAXŞIDIR

Earth Dreams Technology ailəsinin 249 l.s həcmə malik 3-litrlik mühərrik öz dinamikliyi ilə valeh edir. Daxili VCM və i-VTEC sistemləri yanacaq sərfiyyatının şəhərdən kənar yollarda 8,2 litrə qədər azaltmaqla ağıllı mühərrikin səmərəliliyini daha da artırır. Sükan arxasına əyləşin, 9,1 saniyə ərzində 100 km/s qədər sürət yığın və əmin olun ki, yenilənmiş Honda Pilot Sizi təəccübləndirməkdən heç zaman yorulmayacaq.

TRANSMİSSİYA
MANEVR QABİLİYYƏTİ

TRANSMİSSİYA
SİZƏ UYĞUN KÖKLƏNİR

6-pilləli AT hər bir səfəri rahat, intellektual dartı idarəetmə sistemi isə avtomobili ən ağır şəraitlərə uyğun adaptasiya edir. Sadəcə rəngli məlumat displeyinin üzərindəki dörd rejimdən birini seçin: “Normal”, “Qar”, “Palçıq” və ya «Qum».

VSA VƏ AHA SİSTEMLƏRİ
MANEVR QABİLİYYƏTİ

VSA VƏ AHA SİSTEMLƏRİ
VƏ İLK ÖNCƏ TƏHLÜKƏSİZLİK

Yolunuzu azmayın. Bir yerdə dayanaraq fırlanmayın. Təpəyə düşməyin. VSA və AHA sürücüyə dəstək sistemləri avtomobilin idarəetməsini asanlaşdıracaq və yolda maksimal təhlükəsizliyinizi təmin edəcək.

TAM ÖTÜRÜCÜ
MANEVR QABİLİYYƏTİ

TAM ÖTÜRÜCÜ
HƏR HƏRƏKƏTDƏ TAM ƏMİNLİK

i-VTM4 Tam ötürücü sistem fırlanma anının dinamik şəkildə paylanmasını təmin edir ki Siz, sükan arxasında olarkən istənilən yol və hava şəraitində özünüzü arxayın hiss edəsiniz.




Rəng seçimi




Komplektasiya və qiymətlər

Honda Pilot
Premium
87600 ₼
Qeyd: Honda Azərbaycan istənilən vaxt qiymət və komplektasiyada dəyişiklik etmək hüququna malikdir.
Ölçüləri
Uzunluğu / Eni / Hündürlüyü (mm)
4954 x 2296 x 1788
Təkərlər arası bazası (mm)
2820
Klirens (mm)
200
Təkərin ölçüsü (mm)
245/60R18
Mühərrik (sohc İ-vtec Vcm)
Həcmi / silindr sayı (sm³)
2997/6
Yanacaq sərfi (qarışıq dövr, l)
10.4
Maksimal gücü (at.g)
249
Maksimal sürət (km/saat)
192
Sürətlənmə (0-100km) (san)
9.1
Çənin həcmi (l)
74
Transmissiya
Transmissiyanın növü
6AT
4WD+VTM
Təhlükəsizlik
ABS (Bloklanma əleyhinə sistem)
EBD (Tormoz gücünün paylanma sistemi)
VSA (Dinamik Kontrol Sistemi)
EPS (Adaptive Electric Power Steering)
DBW (Drive by Wire) (Elektron-rəqəmli idarəolunma)
ITM (Intelligent Traction Control system)
Lane Watch System- Zolağa nəzarət sistemi
Hill Start Assist (Yoxuşda Köməklik sistemi)
Sürücü və ön təhlükəsizlik yastiqlari, yan və pərdə tipli təhlükəsizlik yastiqlari
Siqnalizasiya sistemi
İmmobilayzer
İnteryer
ANC (Active Noise Cancellation) - Səs azaldilma sistemi
Açarsız daxilolma və amarsız işəsalma sistemi
Məsafədən avtomobilin işəsalınma sistemi
4 Elektrik şüşəqaldiricilari
6cd
DƏlavə sensorlu displey
Multifunksional sükan çarxı
Kruiz-kontrol
Üçzonali klimat kontrol
Dəri oturacaqlar
8 istiqamətə sürücü və 4 istiqamətə sərnişin oturacaqlarının elektrik tənzimlənməsi
Ön və arxa oturacaqlarin qizdirilmasi
Ön oturacaqların ventilyasiyası
Sürücü oturacağının bel nahiyəsinin elektrik tənzimlənməsi
Sürücü oturacağının yaddaş funksiyasi
Qızdırılan dəri sükan
İşiq sensoru
Yağış sensoru
Antiblik-Arxa güzgü (işiq pariltisinin auto azaldilma funksiyali)
MP3 / AUX / 2ədəd HDMI / 4ədəd USB+İPOD / Video çıxış
Arxa səsnişinlər üçün əyləncə sistemi
OC Android multimedia sistemi
Hİ-Fİ DVD Audio sistemi
10ədəd səs gücləndirici
HDD Naviqasiya sistemi
Bluetooth
Arxa Yan pərdələr
Eksteryer
LED avtomatik tənzimlənən ön faralar
LED gündüz işıqları
Duman əleyhinə ön faralar
Ön və arxa park radarlar
Arxa görünüş üçün kamera
Kuzov rəngində elektriklə tənzimlənən, qatlanan və qızdırılan yan güzgülər
Arxaya verilən zaman yan güzgünün elektrik tənzimlənməsi
Yan güzgülərdə dönmə işiqlar
Elektrik-tənzimlənən Şüşə lyuk
Elektrik-tənzimlənən Bagaj qapisi
Damüstü reylinglər və spoyler
Qızdırılan ön şüşətəmizləyənlər
Yüngül lehimli disklər
18"
Avtomobillərə 3 il və ya 100.000 km zəmanət verilir.
*Avtomobilin qiymətinə DYP qeydiyyat xərcləri daxil deyil.

Texniki məlumatlar

Qabarit ölçüləri
Ümumi uzunluğu, mm
4954
Ümumi eni, mm
1997
Ümumi hündürlüyü, mm
1788
Təkər bazası, mm
2820
Klirens, mm
200
Ön təkərlərin izi, mm
1684
Arxa təkərlərin izi, mm
1706
Dönmə radiusu, m
5.7
Yük yerinin həcmi (VDA-ya əsasən), l
305 (1779)
Maksimal yük həcmi (SAE J1100-ə əsasən)
524 (3092)
Yerlərin sayı
8
Çəki
Təchiz edilmiş vəziyyətdə çəkisi, kq
2008-2056
Maksimal icazə verilən çəkisi, kq
2650
Yükqaldırma qabiliyyəti, kq
594-642
Mühərrik
Mühərrikin növü
V6 3.0 PI VTEC (6-silindrli, 24-klapanlı, bilavasitə püskürtməli, paylayıcı valları yuxarıda yerləşən, klapanların idarə edilməsinin i-VTEC sistemi ilə təchiz edilmiş yüngül lehimli silindr bloku)
Maksimal gücü,a.g./dəq.dövr
249/6000
Sıxma dərəcəsi
10.5
Silindrin diametri, mm
86.0
Porşenin gedişi, mm
86.0
Transmissiya
Ötürücü növü
4x4
Avtomatik transmissiya
6-pilləli electron idarə edilən
Gediş hissəsi
Sükan idarəetməsi
Dişli çarxlı və reykalı sükan mexanizmi, elektrik qüvvətləndirici ilə. Dayaqdan dayağadək 3,14 dövr.
Asqı növü, Ön
Müstəqil, MakFerson
Asqı növü, Arxa
Müstəqil, çoxlingli
Əyləc növü
Diksli, ventilyasiyalı ön, 4-kanallı ABS ilə
Əyləc disklərinin diametri, Ön mm
330
Əyləc disklərinin diametri, Arxa mm
330
Dinamik xüsusiyyətlər
Maksimal sürəti MT/AT km/saat
192
Sürətlənmə 0-100 km/saat MT/AT, s
9.1
Yanacaq sərfiyyatı
Yanacaq sərfi MT/AT, Şəhərdə
14.3
Yanacaq sərfi MT/AT, Şəhərətrafı
8.2
Yanacaq sərfi MT/AT, Qarışıq
10.4
İstifadə olunan yanacağın növü
Аİ95
Yanacaq çəninin həcmi, litr
73.8
Şin və disklər
Şinlərin ölçüsü
245/60 R18
Disklərin diametri
18×8 8J
Mükafatlar və nailiyyətlər

Honda 50 il ərzində ən populyar avtomobillərdən birini yaratmışdır. Modelin indiki nəslinin necə qiymətləndirildiyi ilə tanış olun: