(99412) 349-00-00 Əlaqə
CVT transmissiyası
CVT – Honda şirkəti tərəfindən yüksək yanacaq qənaətçiliyi, dinamika və rahatlığın təminatı məqsədi ilə hazırlanmış müasir pilləsiz transmissiyadır.

Yanacaq sərfiyyatının azaldılması məqsədi ilə mühərrikin fəaliyyətinin səmərəli rejiminin istifadəsi.

Hər bir mühərrik daha səmərəli şəkildə fəaliyyət göstərdiyi sürətlər diapazonuna malikdir. CVT transmissiyası hərəkətin sürətindən asılı olmayaraq, mühərriki yüksək qənaətçilik rejimində saxlamaqla mühərrikin potensialını maksimal dərəcədə açmağa imkan verir.

Ötürücünün keçirilməsi zamanı pillələrin olmaması və qeyri-adi hərəkət səlisliyi.

Dişli çarxlı avtomatik transmissiyalar nəzərə çarpan təkanlar ilə dəyişirlər. CVT isə əksinə, bu cür çatışmazlıqlardan qurtulub. Mühərrik gücünün fasiləsiz şəkildə təkərlərə ötürülməsinin, ötürücü nisbətinin isə pilləsiz qaydada dəyişməsinin sayəsində hərəkət daha da yumşaq və rahat olur.

CVT təkərlərin üzərindəki gücə daima nəzarət edir.

CVT transmissiyası şəxsi transmissiyasına görə hərəkətli şkivlərə nisbətdə kəmərin aralıq vəziyyətlərinin saysız-hesabsız miqdarına sahib olmağa imkan verir (Şək.1). Şkivlərin hər biri biri-birinə baxan iki ədəd konusdan ibarətdir. Tələb olunan rejimdən asılı olaraq, şkivlər yaxınlaşa və yaxud uzaqlaşa bilir və bununla da transmissiyanın ötürücü nisbətini dəyişir (Şək.2). Kəmər metal halqalardan və hissələrdən ibarətdir və bunun sayəsində də elastik və uzunömürlüdür (Şək.3).

Yüksək hərəkət dinamikası üçün “Honda control” texnologiyası

Sistem, avtomobilin məsələn, dolanbac dağ serpantinin üzərində olan zaman daha yüksək temp ilə hərəkət etdiyini müəyyən edən kimi, Hondanın CVT transmissiyası avtomobili avtomatik şəkildə daha yüksək sürət rejiminə keçirir. Bu, bu cür transmissiyalara aid unikal xüsusiyyətdir.

Bu texnologiya idmanyönümlü və eyni zamanda səlis hərəkəti özündə birləşdirir, bunun üçün lazım gəldikdə, mühərriklə tormozlamanın hesabına ləngiməni, döngələri əminliklə keçmək üçün isə stabil dartı qüvvəsini və mühərrikin maksimal güc rejiminə cəld keçidi ilə müşayiət olunan nəhəng sürətlənməni həyata keçirir.