(99412) 349-00-00 Əlaqə

Hərəkət sevinci

ASİMO

Yarışlar

Honda Jet

Hərəkət sevinci

Honda özünü sadəcə avtomobil və ya motosikl istehsalçısı hesab etmir. Biz özümüzü fərdi hərəkətlilik və sərbəstliyə istiqamətlənmiş bir şirkət hesab edirik.

Biz 1946-cı ildə Honda-nın əsasını qoyarkən dərhal prototiplər və velosipedlər üçün yardımçı mühərriklər üzərində işləməyə başladıq. Səbəb çox sadə idi. Biz velosiped sürməni daha asan və daha əyləncəli etmək istəyirdik. 1947-ci ildə Honda A-Type istehsal olundu və dərhal satışa buraxıldı.

Biz həmin günlərdən indiyədək çox uzun yol keçib müxtəlif texnologiya və məhsulların heyrətamiz dərəcədə geniş çeşidini təkmilləşdirmişik. Lakin onların hər biri bizim əsas məqsədimizə xidmət edir: insanların hər yerdə fərdi hərəkətliliyi və bunun bəxş etdiyi sərbəstliyin sevincini yaşamasına yardım etmək.





Hərəkət sevinci

HondaJet-lə şəxsi reaktiv təyyarəyə sahib olmaq fikri əlçatmaz xəyal deyil. Bu, bütün dünyada işgüzar insanlar üçün əlverişli və məqbul, qənaətli və yüksəksürətli səyahəti təmin edən həqiqətdir.

2013-cü ildə Federal Aviation Administration (FAA) HondaJet-in sınaq uçuşlarının uğurla başa çatdığını təsdiqləyib və biz birinci Type Inspection Authorization (TIA) sertifikatı ilə təltif olunmuşuq. Bu hadisə yaxın gələcəkdə HondaJet-in bazara çıxarılması məqsədini daşıyan Honda aerokosmik proqramı üçün əhəmiyyətli bir addım idi.

Hondanın fərdi hərəkətlilik öhdəliyi səmayadək yüksəlir.





Hərəkət sevinci

ASIMO dünyada ilk özünü idarə edən, ikiayaqlı, gəzə bilən humanoid robotdur. Bu məhsul əsrlər boyu insan hərəkətlərinin mexanikası üzərində aparılan araşdırmaların nəticəsidir.

2011-ci ildə təqdim edilən tam yeni ASIMO artıq “avtomatik maşın”dan davranışlarını insan hərəkəti kimi ətraf mühitə uyğunlaşdırmaq üçün qərar vermək qabiliyyətinə malik “sərbəst maşın”a çevrilib.

Və bu gün biz bu araşdırmaların nəticələrini istənilən yaşda olan insanları geniş hərəkət imkanları ilə təmin edən köməkçi vasitələrin inkişafı üçün tətbiq edirik.





Formula 1

Formula 1 yarışları avtomobillərin inkişafını sübut edən əsas zəmindir. Məhz buna görə bizim Formula 1 macəramız 1962-ci ildən başlayıb və biz bu coşğunu yenidən yaşamaq üçün 2015-ci ildə yarışlara qayıdacağıq. Üstəlik sabahın avtomobillərinin istehsalı üçün texnologiyalarımızı yarış sammitində daha da təkmilləşdirmişik.





MotoGP

Biz MotoGP yarışlarına qoşulanda məqsədimiz motosikl mühərrikini indiyə qədər dünyanın görmədiyi səviyyəyə çatdırmaq idi. Uzun illər davam edən sınaq və yanılmaların nəticəsi motosikl yarışları tarixini yenidən yazmağa və bu idman növünü həmişəlik dəyişdirməyə qadir həqiqətən innovativ V4 mühərrik oldu.





WTCC

Dünyanın dörd bir tərəfindən gələn istehsalçılar hər il World Touring Car Championships yarışlarında normal avtomobillərin yarış üçün hazırlanmış versiyalarından istifadə edərək qələbə uğrunda mübarizə aparır. 2013-cü ildə bizim 1.6 litrlik turboyüklü Honda Civic sabahın avtomobillərini gücləndirmək üçün yaxşılaşdırılmış yeni yanacağa qənaət texnologiyaları ilə geri qayıtdı.