(99412) 349-00-00 Əlaqə

İKİNCİ ƏL AVTO

Honda Avtomobil Mərkəzi Honda Avtomobillərinin Azərbaycanda Rəsmi Satişi İlə Yanaşi Onlarin Təmirini Və Ehtiyat Hissələrinin Satişini Həyata Keçirir.

Yuxarıda göstərilən xidmətləri həyata keçirməklə yanaşı bizim mərkəz Sizə həmçinin Honda Avtomobil Mərkəzindən ikinci əl avtomobilləri və Trade İn xidmətini də təklif edir.
Təklif etdiyimiz İkinci əl avtomobillər tam saz vəziyyətdə, servis tarixçəsi ilə təklif olunur.

TRADE-İN NƏDİR?

Trade-in ikitərəfli mübadilə sistemidir və sizin yürüşü olan avtomobili qəbul edərək bizdən alınan yeni avtomobilin hesabına yerinə yetirilməkdədir..

BU NECƏ OLUR?

Əvvəlcə biz sizdən təhvil alınan avtomobilin qiyməti haqqında qarşılıqlı razılaşma əldə edirik.
Sonra siz köhnə avtomobilinizin açarlarını bizə təhvil verərək, bizdən yenisi ilə ayrılırsınız. Bütün danışıqlar boyunca sizinlə personal menecer işləyəcək və bu da sizə individual yanaşma və maksimum rahatlıq bəxş etmiş olar. Trade-in ilə qəbul olunan avtomobillərə hansı tələblər var?
Biz istənilən markalı, işlək vəziyyətdə olan, ciddi yol qəzalarında xələl çəkməyən, qaçırılmış və axtarışda olmayan avtomobilləri qəbul edirik.

TRADE-İN SİSTEMİ İLƏ İKİNCİ ƏL AVTOMOBİLİN ALIŞI MÜMKÜNDÜRMÜ?

Bəli, mümkündür, həm də eyni qaydada trade-in-in bütün şərtləri əsasında.

İKİNCİ ƏL AVTOMOBİLLƏR YOXLAMADAN KEÇİRMİ?

«Bəli, bütün təklif etdiyimiz ikinci əl avtomobillər bütün yoxlamalardan keçib sizə tam saz və işlək vəziyyətdə təklif olunur. Həmçinin siz servisimizdə baxış keçirilən avtomobillərin servis tarixçəsini əldə edə bilərsiz, bunula siz bütün xoşagəlməz hallardan sığortalanmış olursunuz.

DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN BİZİM PERSONALIMIZLA ƏLAQƏ SAXLAYIB ƏLDƏ EDƏ BİLƏRSİZ.



Ramin Bağırov

İkinci əl avtomobilləri satışı üzrə meneceri:
Tel: 012 349 00 00
Mob: 070 736 16 56